Modern.az

Səsvermə qapalı olsun - Deputatdan TƏKLİF

Səsvermə qapalı olsun - Deputatdan TƏKLİF

23 Oktyabr 2023, 12:22

Milli Məclisdə Azərbaycanda Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili məlumat verib. 

 

"Qanunvericilikdə Rəyasət Heyətinin sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir. Bildirim ki, açıq səsvermə yolu ilə keçirilməsi müəyyən dərəcədə konlfikltərə, bir çox hallarda təzyiqlərə səbəb ola bilər. Digər tərəfdən səsvermənin gedişinə maneə olan halların ortaya çıxması halları ola bilər. Buna görə də biz təklif edirik ki, səsvermə qapalı olsun. Qanunverilikdə açıq səsvermə ifadəsinin qarşısından “açıq” sözü çıxarılsın”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI