“Dünyanın hər yerində restoranların qiymətlərinin formalaşması üçün assosiasiyalar var. Bizdə restoran qiymətləri necə formalaşır?”.
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili çıxış edib.
Deputat vurğulayıb ki, ölkədə dünyada olduğu kimi assosiasiyalar yoxdur, restoran qiymətlərini onlar tənzimləməlidir.
“Dövlət indi bütün qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara biz müəyyən səlahiyyətlər verə bilərik. Bundan sonra onlar müəyyən sahələrdə qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər”, - o bildirib.