Prezident İlham Əliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla bağlı Sərəncam imzalayıb. Komitə sədri “Şərəf” ordeni ilə təltif edilib.
Sabah 60 yaşını qeyd edən Z.Əsgərov ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Modern.az məsələ ilə bağlı Ziyafət Əsgərovun təəssüratlarını öyrənib.
Komitə sədri “Şərəf” ordeni ilə təltif olunması ilə bağlı ilk məlumatı bizdən almış oldu:
"Nə danışırsınız? Xoş xəbər olasınız. Həqiqətən də, hazırda olduqca həyacanlı və sevincliyəm. Prezidentimizə ancaq dərin minnətdarlığımı bildirirəm. Ona can sağlığı arzu edirəm. Bundan sonrakı fəaliyyətimdə də eyni tempdə çalışacağam", - o deyib.
İlk təbriki kimdən gözlədiyi barədə suala Ziyafət Əsgərov belə cavab verib:
"İlk olaraq, yəqin ki, deputat həmkarlarım, dost-tanışlarım öz təbriklərini çatdırarlar".