“Biz Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli çıxışlarını görürük”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
“Bu gün Azərbaycan Avropanın enerji təminatının bərpasında iştirak edir. Görüşlər olan zaman onlar Azərbaycanla bağlı müsbət fikirlərini bildirirlər. Amma gizlincə görürük ki, bizim əleyhimizə qarşı bəyanatlar qəbul edirlər. Bu kimi amillər göstərir ki, onlar müstəqil siyasət yürüdə bilmirlər. Onların siyasətinə təsir edən qüvvələr var. Diqqətə yetirim ki, “3+3” formatından sonra Azərbaycana qarşı təxribatçı çıxışlar artacaq. Ona görə də biz bu təxribatlara hazır olmalıyıq. Xüsusilə də parlamentlərarası işçi qruplarının üzvlərinə çox böyük məsuliyyət düşür”,-deyə o bildirib.