Modern.az

60 şirkət qiymətləndirici şirkət kimi qeydiyyatdan keçib - Nazir müavini

60 şirkət qiymətləndirici şirkət kimi qeydiyyatdan keçib - Nazir müavini

24 Oktyabr 2023, 12:37

3 il tələbinə gəlincə, 3 il iş stajı tələbi Auditorlar Palatasında da var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

 “Qanun imkan verir ki, qiymətləndirici prosesə ekspert cəlb etsin. Bu, ali təhsili olmayan zərgər də ola bilər və ya təmizlik mövzusunu daha yaxşı bilən texnik də ola bilər. Qiymətləndiricilər vergi ödəyicisi kimi xidmət göstərən sahə olduğundan, dəqiq sayını deyə bilmərik. Yəni öz sahəsinin mütəxəssisi olan zərgər və s. prosesə belə cəlb edilə bilər. Qiymətləndiricilərin özləri vergi ödəyicisi kimi fəaliyyət göstərən sektor olduğu üçün onların dəqiq sayı yoxdur. 60 şirkət qiymətləndirici şirkət kimi qeydiyyatdan keçib. Bu sahədə böyük pərakəndəlik var. İmtahanların keçirilməsi, qanunun qəbulu bu sahədəki vəziyyəti daha aydın edəcək”, - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI