Modern.az

Parlamentdə Korsikaya dəstək məqsədilə yeni qrup YARADILDI

Parlamentdə Korsikaya dəstək məqsədilə yeni qrup YARADILDI

Parlament

24 Oktyabr 2023, 16:46

Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.

 

Modern.az-ın məlumatına görə, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.

 

Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI