Modern.az

Parlamentdə erkən nikahlar gündəmə gətirildi: Bizi narahat edir...

Parlamentdə erkən nikahlar gündəmə gətirildi: Bizi narahat edir...

Parlament

25 Oktyabr 2023, 11:10

Hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikah məcbur olunurlar. 


Modern.az xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. 

 

"Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi  narahat edir. Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir. Lakin əlbəttə ki, qarşımızda dayanan vəzifələr var.  Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib", - o qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanda ötən il 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər artıb. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb. Regionlar üzrə göstəricililər aşağıdakı kimidir:

 

Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI