Modern.az

Qadın və uşaqlar daha çox ailə üzvləri tərəfindən zorakılığa məruz qalır - Komitə sədri

Qadın və uşaqlar daha çox ailə üzvləri tərəfindən zorakılığa məruz qalır - Komitə sədri

25 Oktyabr 2023, 11:16

Son illər qanunla yaşı bir azaldılmış nikaha girən qızların sayı azalır. 

 

Modern.az xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. 

 

O qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin daha artmasına ehtiyac var.

 

“Bizi narahat edən məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Təhlillər də göstərir ki, qadın və uşaqlar, eləcə də kişilər daha çox ailə üzvləri tərəfindən zorakılığın bu və ya digər formalarına məruz qalırlar. Qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var", - Komitə sədri bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI