Modern.az

Qadınlar şənbə və bazar günü işləməsin - Deputatdan TƏKLİF

Qadınlar şənbə və bazar günü işləməsin - Deputatdan TƏKLİF

25 Oktyabr 2023, 12:12

Milli Məclisdə qadınların şənbə və bazar günü işləməmsi ilə bağlı təklif edilib. 


Modern.az xəbər verir ki, bu təkliflə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Rauf Əliyev çıxış edib. 

 

“Bir neçə il bundan əvvəl xarici həmkarlarla danışıqlar aparanda bildirdim ki, sizdə bir qanun var, qadınların şənbə və bazar günləri işləməməsi ilə bağlı. Onlar dedi ki, bu ailələri ilə vaxtların daha çox keçirilməsi ilə bağlıdır. Təklif edirəm ki, bəlkə bizdə də qadınlar şənbə və bazar günü işləməməsi ilə bağlı işlər aparaq”, - o qeyd edib.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, bu məsələni təkcə qadınlarla məhdudlaşdırmaq olmaz. Elə kişilər də ailə ilə daha çox vaxt keçirməlidirlər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI