Modern.az

Komitə sədri jurnalistlərə irad tutdu - Bir dəfə görməmişəm ki, nəticə çıxarsınlar

Komitə sədri jurnalistlərə irad tutdu - Bir dəfə görməmişəm ki, nəticə çıxarsınlar

Parlament

25 Oktyabr 2023, 12:42

"Mətbuatda qadın haqqında xəbər yazanda onun adını qabartmaq, yaşayış yerini açıq-aşkar yazmaq düzgün deyil. Sonra o qadın orada necə yaşayacaq, necə barışığa gedəcək?".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

O bildirib ki, bu sahədə mətbuatla iş aparılmalıdır: "Bir dəfə də görməmişəm ki, o yazıdan sonra jurnalist nəticə çıxarsın. Faktı şişirdir və başqa da heç bir şey olmur. Bu tip xəbərlər qadınların sonrakı taleyinə mənfi təsir göstərir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI