Modern.az

Britaniya parlamentində ərazilərimizdəki mina məsələsi qaldırıldı

Britaniya parlamentində ərazilərimizdəki mina məsələsi qaldırıldı

Parlament

25 Oktyabr 2023, 15:50

Britaniya parlamentində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma məsələsi qaldırılıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib. 

 

Bildirilib ki, Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədr müavini Devid Duqid Britaniya Parlamentində keçirilən müzakirələr zamanı Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokertiyə Britaniya hökümətinin və şirkətlərinin Azərbaycanın Qarabağ regionunun Ermənistan Silahlı Qüvvələri tərəfindən basdırılmış minalardan təmizlənməsi və işğal dövründə talan edilmiş və dağıdılmış şəhərlərin və yaşayış məntəqələrinin yenidən qurulması üçün hansı dəstəyi göstərdiyini sorğu edib.


Sualı cavablandıran dövlət naziri Britaniya hökuməti tərəfindən regiondakı humanitar vəziyyətin qiymətləndirilməsinin davam etdirildiyini, 2020-ci ildən etibarən regionun minalardan təmizlənməsi üçün BMT-nin
İnkişaf Proqramına 1 milyon fund sterlinq vəsaitin ayrıldığını qeyd etmiş və yenidənqurma və reinteqrasiya məsələlərinə dair Azərbaycan hökuməti ilə müzakirələrin aparıldığını bildirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI