Modern.az

Naxçıvanın gəlir və xərcləri yenidən azaldılır

Naxçıvanın gəlir və xərcləri yenidən azaldılır

Parlament

2 Noyabr 2023, 11:14

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 516,4 milyon manat proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub

 

Məlumata görə, bu da 2023-cü illə müqayisədə 88,6 milyon manat və ya 14,7 faiz azdır. Xərclərin azalması əsasən Naxçıvan Muxtar Respublikanın büdcəsində nəzərdə tutulmuş bir sıra təşkilatların və tədbirlərin maliyyələşdirilməsinin 2024-cü ildən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinə keçməsi ilə əlaqədardır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI