Modern.az

Cəmiyyətimiz istismara qarşıdır - Komitə sədri

Cəmiyyətimiz istismara qarşıdır - Komitə sədri

Parlament

27 Oktyabr 2023, 11:20

“Bu gün ölkədə kimlərinsə hüququ pozula, istismara uğramasını istəmirik və cəmiyyətimiz də buna qarşıdır”.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. 

 

“Dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir. Bizim bu məsələdəki statistikamız bir çox ölkələrdən daha uğurlu statistikadır. Düzdür, bizim cəmiyyətdə də bəzi problemlər mövcuddur. Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, heç bir qadın zorakılığa məruz qalmamalıdır. İnsanlar erkən yaşda nəyəsə məcbur edilməli deyil. Belə hadisələrə qarşı cəmiyyətimiz çox sayıqdır. Bu kimi hallar göstərir ki, cəmiyyətimiz ətrafında olan insanların hər hansı istismara uğramasını istəmir. Bu da sevindirici haldır”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI