“Son 3 əsrdə qadınların əmək bazarındakı tarixi və müasir rolu ilə bağlı hesab edilirdi ki, kişilər və qadınlar arasında gəlir fərqi təhsil və peşə seçimindəki fərqlərlə bağlıdır. Lakin Goldin göstərir ki, bu qazanc fərqinin əsas hissəsi bu gün eyni peşədə olan qadınlar arasında da baş verir və bu əsasən ilk uşağın doğulduğu vaxtdan başlayır. Təəssüf ki, ölkəmizin qlobal gender bərabərliyi reytinqində yeri yüksək deyil”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, qadın və uşaq mövzusunda dünən mediamızın gündəmini 2022-ci ildə Azərbaycanda 15-17 yaş arası 2011 qız ana olmasına dair məlumat təşkil edib.
"Dövlət Statistika Komitəsinin Azərbaycandakı demoqrafik durumla bağlı 2022-ci ilə dair hesabatında belə qeyd edilib. Hesabatda göstərilir ki, 18 yaşı tamam olmayan qızların ana olması halları 2021-ci illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu. 2022-ci ildə ölkədə baş verən cinayət hadisələri üzrə 25449 zərərçəkmiş şəxs var. Onlardan 7455-i qadın olub. Yəni, ümumi zərəçəkənlərin üçdə biri qədər. Onlardan da 309-u qadınlar olub. Həyacandoğrucu rəqəmlərdir. Ən çox narahatlıq doğruan hal odur ki, onlardan 24-ü yetkinlik yaşına çatmayıb. Deməli, gələcəyimiz saydığımız bu sayda azyaşlı qızlar qətl qurbanı olub. Valideyn himayəsindən məhrum olan qadınların belə cinayət qurbanı olduğu şübhə doğrumur”, - Zahid Oruc vurğulayıb.