Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusunun verilməsi təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı çıxış edib.
“Tövsiyələrdə qeyd olunur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilsin. Bu sahə üzrə nazirlik statusu alsın", - o qeyd edib.