Modern.az

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

Parlament

27 Oktyabr 2023, 11:58

"Qeyd olunur ki, 17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. 

 

Modern.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib. 

 

“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI