Modern.az

Koloniyada reabilitasiya keçirilmir, 14 yaşlı uşaqları itiririk...

Koloniyada reabilitasiya keçirilmir, 14 yaşlı uşaqları itiririk...

Parlament

27 Oktyabr 2023, 12:16

“Azərbaycanda uşaq koloniyasında uşaqların sayı kifayət qədər azdır. Son zamanlar qadın və uşaq koloniyalarında da şərait yaxşılaşdırılıb. Uşaqlar reabilitasiya proqramları ilə reabilitasiya olunmalıdır”. 

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

“Lakin bu gün heç bir koloniyada uşaqlar reabilitasiya keçmir və biz 14 yaşlı uşaqları itiririk. Dünən Naxçıvanda qəbul olarkən güc strukturları bizə məlumat verir ki, bizdə zorakılıq halları yaşanmır. Lakin biz 40 nəfər qadın qəbul etdik və gördük ki, onlardan 25 nəfəri ağır zorakılıq problemindən dolayı boşanıblar”, - o əlavə edib.

 


Aparat rəhbəri uşaq əli ilə törədilən cinayətlərə də toxunub:


“Azərbaycanda uşaq əli törədilən cinayətlər yoxdur. Qardaş Türkiyədə belə hallar çox yaşanır. Uşaq əli ilə törədilən cinayətlər isə bizim ölkədə yoxdur. Bu da sevindirici haldır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI