“Azərbaycan cins seçiminə görə dünyada Çini keçərək birinci yerdə yerləşib”.
Modern.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Bundan başqa Azərbaycan selektiv abortlara görə də liderlik edir. Əgər bu tendensiya dəyişməsə, 2050-ci ildə Azərbaycan maskelinizasiya problemi ilə üz-üzə qalacaq. Bu ciddi hadisədir. Bu baxımdan ölkədə maarifləndirmə aparılmalıdır və qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir. Digər tərəfdən Azərbaycanda ana ölümü azalıb. Amma Azərbaycan regionda uşaqlıq boynu xərçəngi xəstəliyinin dövlət tərfindən müalicə olunmadığı tək ölkədir”, - o deyib.