"Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ana ölümü əmsalı xeyli azalıb. Bu da böyük irəliləyişdir. Bugünkü günə bu əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir. Rəsmi statistikaya görə isə abortların sayı yüksəkdir".
Modern.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"Azərbaycan nüməyəndiliyi olaraq Gürcüstanda uşaqlıq boynu xərçəngi ilə mübarizə mövzusunda konfransa qatılmışdıq. Araşdırmalara görə, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngi müalicəsi dövlət səviyyəsində aparılmır. Bunan əlavə, əgər 2008-2009-cu illərdə Azərbaycanda “Milli Ailə Planlaması” proqramı qəbul olunsaydı, onda 16,5% olan ana ölümü indi 9,8% ola bilərdi”, - o qeyd edib.