Modern.az

Qanunvericilikdə boşluqların olması fikrinin əleyhinəyəm - Şöbə müdiri

Qanunvericilikdə boşluqların olması fikrinin əleyhinəyəm - Şöbə müdiri

Parlament

27 Oktyabr 2023, 14:14

"Cinsi qısnama ilə bağlı fikirlərin ilk növbədə hüdudları müəyyən olunmalıdır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə bildirib.

 

"Digər liberal, demokratik dövlətlərdə qəbul olunan cinsi qısnama anlayışının Azərbaycan reallıqlarından, mental dəyərlərindən fərqi var.  Mən ümumiyyətlə qanunvericilikdə ciddi boşluqların olması fikrinin əminliklə əleyhinəyəm", - deyə deputat qeyd edib.


Xatırıladaq ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.
 
Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI