“Qərbi Azərbaycana Qayıdış o demək deyil ki, biz zor gücünə ora qayıdacağıq”.
Modern.az xəbər verir ki, bunu “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deputat Sabir Rüstəmxanlı bildirib.
“Sadəcə dünya bilməlidir ki, bu torpaqlar tarixən kimə məxsus olub. Bildirim ki, tək Ermənistanda yox, eləcə də İranda - Güney Azərbaycanda da yer adları dəyişdirilib. Bununla bağlı beynəlxalq simpozium keçirilə və bütün dünyaya bu yerlərin əsl adı, eyni zamanda azərbaycanlılara məxsus olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər”, - o qeyd edib.