Modern.az

"Heydər Əliyev və Azərbaycan Parlamenti" kitabı - FOTO 

Parlament

1 Noyabr 2023, 15:12

"Heydər Əliyev və Azərbaycan Parlamenti" kitabı nəşr olunub.

 

Modern.az xəbər verir ki, kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarovadır.

 

Kitab Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunub. 

 

Kitabın tərtibatçı redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.

 

Üç cilddən ibarət kitabın I cildində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı, H.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı və Ulu Öndərin Azərbaycan Respublikasının Ali Sovetinə sədrlik etdiyi dövrdə parlamentin 1993-cü il 15 iyun – 16 iyul tarixlərindəki iclaslarının stenoqramları dərc olunub.
  

II cildə ölkə parlamentinin 1993-cü il 27 iyul – 17 avqust, III cildə isə həmin il 1-29 sentyabr tarixlərində keçirilmiş iclaslarının stenoqramları daxil edilib.
  

İlk dəfə geniş ictimaiyyətə təqdim olunan bu stenoqramlar müstəqilliyimizin ilk illərində xalqımızın mürəkkəb tarixi-siyasi proseslərlə, dövlətçiliyimiz üçün obyektiv və subyektiv səbəblərdən yaranmış real təhlükələrlə üzbəüz qaldığı bir dövrdə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığının, qətiyyətli, uzaqgörən siyasətçi kimi parlamentin mövcud imkanlarını milli maraqlar naminə lazımi məcraya yönəltmək iqtidarına malik qüdrətli şəxsiyyət olmasının sənədli sübutudur.
  

Kitab müstəqillik tariximizin ən keşməkeşli dövrünü araşdıran tədqiqatçılar, elm adamları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

1293612

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI