Modern.az

Bağçaların ərzaq təminatı ilə bağlı vəsait artırılsın - Parlamentdə TƏKLİF

Bağçaların ərzaq təminatı ilə bağlı vəsait artırılsın - Parlamentdə TƏKLİF

3 Noyabr 2023, 11:52

Gələn ilin büdcəsində uşaq bağçalarının ərzaq təminatı üçün vəsaitin azaldığı qeyd olunub. Bəlkə də məsələ başqadır, amma buna aydınlıq gətirmək lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O, hazırda ölkədə 1 825 uşaq bağçasının olduğunu bildirib:

 

"Bu da o deməkdir ki, ölkədə hər 4 uşağın birinin bağça ilə təminatı var: Ərzaq təminatı ilə bağlı vəsaitin azaldılması məsələsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ona görə də bağçalara verilən ərzaq təminatı məsələsinə diqqət göstərilsə, yaxşı olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI