Təəəsüf doğurur ki, beynəlxalq təşkilatlar hələ də Azərbaycana qarşı mina terroru həyata keçirmiş Ermənistana dəstək göstərir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Beynəlxalq təşkilatlar gəlib ölkədə bu kimi hadisələri özləri görməli və həll yollarını göstərməlidir. Amma biz bunun əksini görürük. Bunların hamısı sülhə yox, Cənubi Qafqazda qarışıqlığıa hesablanır. Bu kimi faktlar göstərir ki, öz taleyimizi özümüz həll etməliyik”, - o qeyd edib.