Modern.az

Beynəlxalq təşkilatlar Azərbaycana yardım etməlidir - Komitə sədri

Beynəlxalq təşkilatlar Azərbaycana yardım etməlidir - Komitə sədri

Parlament

4 Noyabr 2023, 12:14

“Beynəlxalq təşkilatlar minadan təmizlənməyə Azərbaycana yardım etməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 


"Burada BMT-nin nümayəndəsi də çıxış etdi. Bizim bu faciələrlə üzləşməyimizin ən böyük günahkarlarından biri də beynəlxalq təşkilatlardır. Onlar vaxtında işğalçı Ermənistanı pisləsəydilər, burada bu məsələni müzakirə etməzdik. Bunun qabağını almayıblar. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etmişiksə, heç olmasa bundan sonra problemin həlli üçün bizə yardım etməlidirlər. Azərbaycanda beynəlxalq təşkilatların rolu cüzidir",-deyə komitə sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI