Modern.az

Milli Məclisdə büdcə müzakirələri - Sahil Babayev iclasa gəldi

Milli Məclisdə büdcə müzakirələri - Sahil Babayev iclasa gəldi

Parlament

4 Noyabr 2023, 14:02

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.


Modern.az xəbər verir ki, iclasın gündəliyinə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun  2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.


İclasda, həmçinin “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə ediləcək.

 

Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də  iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI