Azərbaycanda məşğul şəxslərin sadəcə 35-36%-i muzdlu işçilərdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Ölkədə böyük hissə kənd təsərrüfatı ilə məşğul olur. Bundan başqa ölkədə fərdi subyektiv okyektivləri olan şəxslərin sayı çoxdur. Bu da müəyyən problemlərə şərait yaradır. Məşğul şəxslər arasında muzdluların olması istiqamətində işlər aparırıq. Belə ki, gələcəkdə bununla bağlı faizi 40-45%-ə qaldırmağı hədəfləyirik”.