Modern.az

Alimlərimizin bölgələrdə işləməyə marağı yoxdur - Deputat

Alimlərimizin bölgələrdə işləməyə marağı yoxdur - Deputat

Parlament

6 Noyabr 2023, 13:08

"Regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir. Amma Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

“Daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və rayonda çalışan elmi dərəcəsi olan müəllimlərin əməkhaqqında ciddi fərqlər var. Ona görə də məşhur alimlərimizin bölgələrdə işləməyə getməyə marağı olmur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI