"Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyaca var?”
Modern.az xəbər verir ki, bunu Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.
“Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır. Azərbaycan təhsil sistemi bu gün iqtisadiyyatımızın ehtiyacları ilə heç uyğun deyil. Ona görə də bu məsələlərə ciddi baxılmalıdır”, - o qeyd edib.