
“Əfv Məsələləri Komissiyasının iclasları hələ qabaqdadır”. Bu sözləri Modern.az-a açıqlamasında komissiyanın üzvü, deputat Elmira Axundova deyib. O qeyd edib ki, ərizələr çox olduğu üçün hələ bir neçə dəfə yığışmalı olacaqlar.
“Ərizələr çoxdur, ona görə hələ bir neçə dəfə yığışmalı və bu ərizələrə baxmalı olacağıq. Hələ bir neçə iclasımız olacaq. Yekunda siyahılar prezidentə təqdim ediləcək. Amma qabaqda hələ iş çoxdur”.
Aytən ƏLİYEVA