Modern.az

Milli Məclisin ezamiyyət xərcinə bu qədər vəsait ayrılacaq

Milli Məclisin ezamiyyət xərcinə bu qədər vəsait ayrılacaq

7 Noyabr 2023, 17:48

Milli Məclisin gələn il üçün ezamiyyət xərcləri 2 milyon 80 min manat təşkil edəcək.


Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, bu, "Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında" qərar layihəsində əksini tapıb.
 

Belə ki, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min, xarici ezamiyyətlər xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.
 

Qeyd edək ki, Milli Məclis və onun aparatının gələn il üçün xərclər semtası 50 milyon 919 min 10 manat olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI