Modern.az

Hadı Rəcəbli: “Mübahisəli qanun layihəsi plenar iclasa çıxarılmaya bilər”

Hadı Rəcəbli: “Mübahisəli qanun layihəsi plenar iclasa çıxarılmaya bilər”

5 Sentyabr 2013, 13:11

Hadi Rəcəbli

Gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsinin hazırlanması və bu ətrafda müzakirələr uzun müddət davam etdi. Sonda qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə ediləcək məsələlər sırasına daxil olunub. Bu barədə Modern.az-a açıqlama verən komitə sədri Hadı Rəcəbli bildirib ki, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi gündəmdə olan məsələlərdən biridir.

“Komitədə bu layihəsini müzakirə edəcəyik. Burada nikaha girənlərin ikisindən birinin işlə təmin olunması haqqında kvota müddəalardan biri olacaq. Bundan əlavə, nikaha girənlərə mənzil almaq üçün güzəştli ipoteka kreditlərinin verilməsi, onların bütövlükdə sosial müdafiəsi, psixoloji yardım məsələləri də qanun layihəsində öz əksini tapacaq”.

H. Rəcəbli layihənin parlamentin plenar iclasına çıxarılmaması ehtimalının olduğunu da dilə gətirib. “Layihəni komitədə müzakirə edəcəyik. Amma ola bilsin ki, parlamentin plenar iclasına çıxarılmasın. Çünki o, maliyyə tutumludur”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...