Modern.az

Dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilib - Spiker

Dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilib - Spiker

Parlament

13 Noyabr 2023, 11:06

Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

O qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin əsas prioritet sahələrindən ilk olaraq sosialyönümlü olmasına diqqət yetirilib:

 

"Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür.  


Qeyd olunmalıdır ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilmişdir.  Büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, gələn il sosial yönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da vardır.  


Həmçinin, sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq.  


İnamla söyləmək olar ki, gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan hökumətinin həyata keçirəcəyi tədbirlər möhtərəm cənab Prezident tərəfindən müəyyən edilmiş hədəflərin əldə olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, nəzərdə tutulan dövlət proqramlarının və strategiyalarının reallaşmasına zəmin yaradacaqdır", - spiker vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI