“Bu ilin 9 ayı ərzində orta illik inflyasiyanın səviyyəsi 10.9% olmuşdur. İlin sonuna bu göstəricinin 9.5% olacağı proqnozlaşdırılır. İl ərzində Mərkəzi Bank tərəfindən uçot dərəcəsi artırılsa da, bu ay ilk dəfə olaraq uçot dərəcəsi aşağı salınıb”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67.5 mlrd dollara çatıb, tədiyyə balansının cari əməliyyatlar hesabında profisit qeydə alınıb. 1 iyul 2023-cü il vəziyyətinə xarici dövlət borcu 116.7 mln dollar azaldılaraq, ÜDM-in 10% ni, daxili borc isə 782.1 milyon manat artarat ÜDM-nin 4.5%-ni təşkil edib. Baxılan dövr ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşları 17.5% artaraq 22.5 milyard manatı keçib.
2023-cü ilin 8 ay ərzində büdcə gəlirləri proqnoza nisbətən (DNF trasnfertini istisna etsək) 106% icra edilmişdir. Bu dövrdə Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 mlrd manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğun yalnız yarısından istifadə edilib. Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilmiş, 218 mln manat kəsir qeydə alınıb.
Ümumiyyətlə, 2023-ci il üzrə iqtisadi artıma nail olunması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri neft ixracının və qeyri-neft vergi daxilolmalarının artması, əldə olunan makro-iqtisadi sabitlik 2024-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb”, - Tahir Mirkişili vurğulayıb.