Modern.az

Veteranlara verilən 80 manat artırılsın! - Parlamentdə müzakirə

Veteranlara verilən 80 manat artırılsın! - Parlamentdə müzakirə

13 Noyabr 2023, 16:02

Azərbaycanda müharibə veteranlarına verilən 80 manat müavinətə yenidən baxılması lazımdır. 


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. 

 

“Baş nazirin burada olmasından istifadə edərək, yenidən bildirirəm ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır. Bununla bağlı məsələyə yenidən baxılmalıdır”, - deyə komitə sədri vurğulayıb.

 

"Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır", - deputat əlavə edib.

 

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI