İnsanlara elə gəlir ki, sosial dövlət olaraq hökumət bizə pul verəcək, biz də işləməyəcəyik. Bu, belə deyil.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Hikmət Babaoğlu bildirib.
“Sosial sahədə aparılan islahatlar, sosiala ayrılan vəsaitlər o demək deyil ki, biz işləməyəcəyik. İctimai rəydə formalaşmış fikirləri dəyişməliyik. Bunun üçün iş yerlərini artırmalıyıq. Beləliklə dövlətdən yardım uman şəxslər fikirlərini dəyişər. Bundan başqa vətəndaşlara kredit güzəştləri edilməlidir. Bununla bağlı Bakıdan uzaqlaşdıqca kredit faizlərini azaltmaq lazımdır. Bununla da biz Bakının sıxlığını da azaltmış olarıq”, - o qeyd edib.