Modern.az

Deputatların Google axtarış reytinqi - SİYAHI

Deputatların Google axtarış reytinqi - SİYAHI

6 Sentyabr 2013, 16:10

Bilmirəm, bu yazını yazmaqla yaxşımı edirəm, ya pis. Ancaq düşünürəm ki, hər halda qeyri-rəsmi də olsa Milli Məclis üzvlərinin fəaliyyətini dəyərləndirmək baxımından faydalı ola biləcək. Əvvəlcədən demək istərdim ki, bu araşdırmamda kimsəyə xüsusi yanaşmam yoxdur. Adları tək-tək burada qeyd edildiyi şəkildə dırnaq arasında Google-com-da yazıb qarşıma çıxan rəqəmi qeydə almışam. Bəzi deputatların adları başqa eyni adlı adamın adıyla üst-üstə düşdüyü üçün onun qarşısına bir “deputat” sözü yazmağa da məcbur olmuşam. Misal üçün, deputat İlham Əliyevin adını yazanda Prezident İlham Əliyevlə bağlı çox nəhəng bir rəqəm ortaya çıxır: 4 190 000 (06 sentyabr 2013 üçün). Təbii ki, heç bir deputatın bu qədər böyük göstəricisi yoxdur. Başqa bir neçə nəfərlə bağlı da belə hallar olub.

Burada vurğulamaq istədiyim bir zərurət də var: bu rəqəmlərin hamısı 6 sentyabr 2013-cü il tarixi üçün keçərlidir. Yəni hazırda bu yazını oxuyanlar eyni adlarla axtarış aparsalar qarşılarına nisbətən fərqli rəqəmlər çıxacaq və bu heç də o demək deyil ki, mənim təqdim etdiyim rəqəmlər yanlışdır.

Başqa bir məqam isə ondan ibarətdir ki, bəzi deputatlar internetdən fəal istifadə etməsələr də onlar haqqında ortaya çıxan rəqəm yetərincə yüksəkdir. Bu isə həmin deputatların fəallığının gerçək göstəricisi sayıla bilər. Örnək üçün, Sabir Rüstəmxanlının yeni texnologiyalardan geniş istifadə etmədiyini şəxsən bilirəm. Ancaq onunla bağlı rəqəm Sabir bəyin 10-cu yeri tutmasına səbəb olub. Eyni sözləri bir sıra başqa deputatlar haqqında da demək olar. Ancaq ayrıntılara varmadan sadəcə rəqəmləri oxucuların öhdəsinə buraxmaq istərdik. Qeyd edək ki, deputatın adının önündəki rəqəm onun adının Google.com axtarış sistemində qeyd olunan tarixdə neçə dəfə çəkilməsini göstərir. Örnək üçün, ilk yeri tutan Qənirə Paşayevanın adının önündəki rəqəm o deməkdir ki, bu deputatın adı 683 min ayrı resursda keçir. Axtarış yalnız deputatların adlarının Azərbaycan dili seçənəyi üzrə aparılıb.

Siyahımızda 122 deputatın adı var. 2 deputat yeri boş olduğu üçün, 1 deputat – ölkənin 1-ci xanımı Mehriban Əliyeva isə bu statusuna görə siyahıya əlavə edilməyib. Beləliklə, rəqəmlərə baxaq:

  1. 683000 Qənirə Paşayeva
  2. 483000 Rövnəq Abdullayev
  3. 469000 Fazil Mustafa
  4. 464000 Zahid Oruc
  5. 455000 Siyavuş Novruzov
  6. 440000 Zeynəb Xanlarova
  7. 438000 Əli Əhmədov
  8. 429000 İqbal Ağazadə
  9. 389000 Mübariz Qurbanlı
  10. 345000 Sabir Rüstəmxanlı
  11. 339000 Aydın Mirzəzadə
  12. 319000 Səməd Seyidov
  13. 294000 Bahar Muradova
  14. 286000 Qüdrət Həsənquliyev
  15. 249000 Azay Quliyev
  16. 243000 Oqtay Əsədov
  17. 234000 Fəzail Ağamalı
  18. 224000 Ziyafət Əsgərov
  19. 160000 Asim Mollazadə
  20. 140000 Vasif Talıbov
  21. 133000 Ceyhun Osmanlı
  22. 119000 Nizami Cəfərov
  23. 118000 Hadı Rəcəbli
  24. 115000 Çingiz Qənizadə
  25. 114000 Fuad Muradov
  26. 106000 İlyas İsmayılov
  27. 101000 Əli Hüseynli
  28. 91100 Rəbiyyət Aslanova
  29. 89800 Abel Məhərrəmov
  30. 89700 Elxan Süleymanov
  31. 83900 Musa Quliyev
  32. 83400 Məlahət İbrahimqızı
  33. 76200 Cəlal Əliyev
  34. 75400 Əli Məsimli
  35. 71600 Bəxtiyar Sadıqov
  36. 64700 Etibar Hüseynov
  37. 63600 Rasim Musabəyov
  38. 63400 Cavanşir Feyziyev
  39. 61700 Aqil Abbas
  40. 60500 Eldar İbrahimov
  41. 60100 Fərəc Quliyev
  42. 58500 Azər Badamov
  43. 58100 Adil Əliyev
  44. 56600 Gövhər Baxşəliyeva
  45. 51800 Arif Əşrəfov
  46. 49800 Jalə Əliyeva
  47. 48200 Vahid Əhmədov
  48. 48200 Musa Qasımlı
  49. 46600 Cavid Qurbanov
  50. 44800 Aydın Abbasov
  51. 43400 Yevda Abramov
  52. 42600 Elmira Axundova
  53. 40300 Əhliman Əmiraslanov
  54. 39500 Rafael Hüseynov
  55. 39500 İsa Həbibbəyli
  56. 39400 Valeh Ələsgərov
  57. 34300 Hüseynbala Mirələmov
  58. 34000 Ziyad Səmədzadə
  59. 33400 Arif Rəhimzadə
  60. 33200 Yaqub Mahmudov
  61. 31600 Şəmsəddin Hacıyev
  62. 30800 Kamilə Əliyeva
  63. 29000 Rövşən Rzayev
  64. 26700 Fəttah Heydərov
  65. 26600 Tahir Rzayev
  66. 26400 Səttar Mehbalıyev
  67. 25200 Sevinc Fətəliyeva
  68. 21900 Sədaqət Vəliyeva
  69. 21200 Asəf Hacıyev
  70. 21100 Ülvi Quliyev
  71. 20900 Elman Məmmədov
  72. 20700 Ayaz Orucov
  73. 19600 Cavanşir Paşazadə
  74. 19300 Bəxtiyar Əliyev
  75. 19200 Sahibə Qafarova
  76. 17700 Fəzail İbrahimli
  77. 16900 Fərhad Qəribov
  78. 16900 Xanhüseyn Kazımlı
  79. 15500 Sevinc Hüseynova
  80. 15500 İmamverdi İsmayılov
  81. 14900 Rafael Cəbrayılov
  82. 14800 Rüfət Quliyev
  83. 13400 Arif Alışanov
  84. 13100 Əliağa Hüseynov
  85. 12700 Əhməd Vəliyev
  86. 12700 Aytən Mustafayeva
  87. 12300 Sahib Alıyev
  88. 12200 Elton Məmmədov
  89. 11600 Leyla Abdullayeva
  90. 11300 Hacı Salayev
  91. 10700 Novruz Aslan
  92. 9140 Mirkazım Kazımov
  93. 9100 Rauf Əliyev
  94. 8070 Muxtar Babayev
  95. 7660 Aqiyə Naxçıvanlı
  96. 7370 Mixail Zabelin
  97. 7310 İsmayıl Hacıyev
  98. 6870 Sabir Hacıyev
  99. 6700 Ağacan Abıyev
  100. 6660 Gülçöhrə Məmmədova
  101. 6130 Xanlar Fətiyev
  102. 5050 Çingiz Əsədullayev
  103. 4470 Azər Kərimli
  104. 4330 Flora Qasımova
  105. 3840 Rüstəm Xəlilov
  106. 3750 Ərəstun Cavadov
  107. 3710 Əsabil Qasımov
  108. 3660 İqbal Məmmədov
  109. 3660 Malik Həsənov
  110. 3500 Astan Şahverdiyev
  111. 3050 Qalib Salahzadə
  112. 2510 Rafiq Məmmədhəsənov
  113. 2440 İlham Əliyev
  114. 2190 Ağalar Vəliyev
  115. 1910 Aslan Cəfərov
  116. 1880 İlham Məmmədov
  117. 1800 Mahir Aslanov
  118. 1720 Madər Musayev
  119. 1540 Eldar Quliyev
  120. 1380 Nazim Fərəcov
  121. 291 Tahir Süleymanov
  122. 121 Nəriman Əliyev

Biz bu rəqəmləri şərh etmək istəməzdik. Sadəcə onu deməklə kifayətlənirik ki, Milli Məclis kimi bir tribunaya sahib olanlardan bəzilərinin çox aşağı rəqəmlər göstərməsi, hər halda ən azından onların özünü ciddi şəkildə düşündürməlidir. Yeri gəlmişkən, deputat olmasam da mənim axtarış sonuclarım da pis deyil: 196 000. Müqayisə üçün yazdım bunu. Belə bir rəqəmlə Milli Məclisin ilk 20-liyində yer tuta bilərdim…

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...