“Dəfn pullarının miqdarı artırılmalıdır Hazırda verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq heç mümkün deyil”.
Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Başa düşürəm ki, rayonlarda vəziyyət fərqlidir. Amma Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Dəfnlə bağlı tələblər də dəyişilməlidir”.