Modern.az

Deputat parlamentdəki kompüterlərin dəyişdirilməsini TƏKLİF ETDİ

Deputat parlamentdəki kompüterlərin dəyişdirilməsini TƏKLİF ETDİ

Parlament

15 Noyabr 2023, 11:46

“Firudin bəy qeyd etdi ki, Milli Məclisin deputatları, parlamentin Aparatı və İşlər İdarəsinin əməkdaşları mütəmadi olaraq kompüterlərlə təmin edilir. Bu, çox təqdirə layiq hadisədir. Hətta bizə qanun layihələri elektron formada təqdim olunur. Bununla da biz kağızdan istifadə etmişik".


Modern.az xəbər verir ki, bunu Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu bildirib. 

 

"Amma bizə göndərilən qanun layihələrini hazırda önümüzdəki kompüterdən istifadə edərək açmaqda çətinlik çəkirəm. Bir neçə dəfə cəhddən sonra buna nail ola bildim. Hesab edirəm ki, Maliyyə Nazirliyinin daxili imkanları hesabına və ya hansısa formada önümüzdə olan kompüterlərin daha funkisional, keyfiyyətli formasının alınması vacibdir”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI