“Azərbaycanda əmək bazarında keyfiyyət dəyişiklikləri müşahidə edilir. Bu ilin son doqquz ayında yaradılan iş yerlərinin təxminən 93,4 %-i özəl sektorun payına düşüb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədri Tahir Mirkişili deyib.
“2023-cü ilin birinci yarısında yeni yaradılan fərdi sahibkarların sayı bütövlükdə 2022-ci ildə yaradılan fərdi sahibkarların ümumi sayının 81 %-ni keçib. Bu o deməkdir ki, ölkədə həm də fərdi sahibkarların daha çox yaradılması ilə bağlı stimulun olması bu istiqamətdə də keyfiyyət dəyişikliyinə gətirib çıxarıb”, - o deyib.