Modern.az

Deputat veteran pulundan danışdı: 80 manatı artırmaq fikriniz var? 

Deputat veteran pulundan danışdı: 80 manatı artırmaq fikriniz var? 

Parlament

17 Noyabr 2023, 12:08

"Çox təəssüf ki, qaldırdığımız suallara cavab ala bilmirik. Gözləyirdim ki, bu gün nazir müavinlıri hazırlıqlı gəliblər və bizim suallarımıza cavab verəcəklər".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

 

"Müharibə veteranlarına verilən 80 manatla bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müzakirə edibmi? 80 manatı artırmaq fikriniz var? Bunu bilməliyik. Əhali ilə işləyən millət vəkilləridir. Harda görüşdə olsaq, mühribə veteranları bu sualı verirlər. Biz isə suallarımıza cavab tapa bilmirik", - deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI