“Amerika bu sənədi qəbul etdikdən sonra özünü regiondan təcrid etmiş olacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında bildirib.
“Amerikada erməni diasporu var, qabaqdan da seçkilər gəlir, amma bunlar hələ kifayət deyil ki, Azərbaycana qarşı addımlar atsınlar. Amerikanın belə addımlar atmasının ilk səbəblərindən biri Azərbaycanın müstəqilliyini qəbul etməməsi və 44 günlük müharibədə qələbə qazanmasıdır. Necə olur ki, Ermənistanın müdafiəsi Azərbaycana qarşı sanksiyalardan keçir? Güclü, müsətəqil Azərbaycan öz yolu ilə gedəcək. Ancaq Amerika özünü Cənubi Qafqazdan, regiondan, Türk dünyasından təcrid etmiş olacaq”, - o qeyd edib.