Modern.az

"Dövlət imkansız ailələrin uşaqlarını isti yeməklə təmin etsin"

Parlament

21 Noyabr 2023, 12:52

“Biz artıq məktəblərdə qidalanmanı dövlət nəzarətinə götürməliyik”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat İltizam Yusifov parlamentin plenar iclasında bildirib.


 “Bu yaxınlarda məktəblilər dönərdən kütləvi zəhərləndi. Bu cəmiyyətdə sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kiçik siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunmalıdır. Bunu icbari tibbi sığorta kimi ilk olaraq pilot layihə kimi bir neçə rayon və şəhərdə başlayıb, sonradan ölkənin bütün məktəblərinə tətbiq edə bilərik”, - deyə deputat qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI