7-8 uşağı olanlara “qəhrəman ana” statusu verilsin - TƏKLİF

7-8 uşağı olanlara “qəhrəman ana” statusu verilsin - TƏKLİF

Parlament

21 Noyabr 2023, 15:28

Uşaqlar üçün verilən təminatlar iki uşaqdan sonra olsa, daha yaxşı olar. 

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov parlamentin plenar iclasında bildirib.


“Bilirsiniz ki, uşaqlar üçün verilən təminatlar beş uşaqdan sonra olur. Düşünürəm ki, bu limit ikidən sonra olsa, daha yaxşı olar. Məsələn, iki uşaqdan sonra müəyyən güzəştlər, üç-dən sonra başqa güzəştlər və s. 

 

Digər tərəfdən Azərbaycanda “qəhrəman ana” statusu var. Belə ki, on uşağı olana qəhrəman ana deyilir. Hesab edirəm ki, qəhrəman ana statusu ilə bağlı on uşaq sayını yeddi, səkkizə salmaq olar”,- deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır