Modern.az

Deputat nazirliyi tənqid etdi - Spiker və Komitə sədrindən REAKSİYA

Deputat nazirliyi tənqid etdi - Spiker və Komitə sədrindən REAKSİYA

Parlament

21 Noyabr 2023, 15:56

“Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır”.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

 

“Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım, bizim Sosial Müdafiə Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik bir neçə deputat Sosial Nüdafiə Nazirliyinin rəhbərliyi ilə görüşək və bəzi məsələləri aydınlaşdıraq. Sonra mətbuata danışmayaq. 2 ay ərzində 48 məktub almışam, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var” ,- deyə deputat vurğulayıb. 


Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə cavab olaraq bildirib ki, qaldırılan məsələlər birinci oxunuşun tələblərinə uyğun deyil:


“Vahid müəllim, sizin qaldırdığınız məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub. Düzü, bilmirəm, siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdız. Ümumiyyətlə siz ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.


Milli Məclisin sədri Sahibə Qafarova isə dinləmələrə ehtiyac olarsa, keçirilməsini lazım olduğunu bildirib:


“Yadımdadır ki, sizin komitələr dinləmələr keçirib. Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin özü müxtəlif məsələlərlə bağlı bizdə iştirak ediblər, fəal olublar. Biz sizin dediyinizlə razıyıq. Mən Tahir bəyə müraciət etdim ki, məsələ ilə bağlı əgər dinləməyə ehtiyac varsa, keçirilsin. Bizim dinləmələrdə Sahil bəy və komandası aktiv şəkildə iştirak edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi