O vaxtı ermənilərin bizim əhaliyə etnik təmizləmə edərək tarixi torpaqlarımızdan çıxarmasının səbəbləri var idi. Belə ki, bizim dədə-baba torpaqlarımıza xaricdə olan ermənilər məskunlaşdırılırdı.
Modern.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.
“Bu kimi faktları dünyaya çatdırmalıyıq. Bu gün isə görürük ki, Ermənistan sülhə qarşıdır. Hətta deyərdim ki, Ermənistan delimitasiyaya qarşıdır. Bunun bir neçə səbələri var. Olar bilirlər ki, işğaldan əlavə, onların yaylaq kimi istifadə etdiyi bəzi kəndlər bizə qaytarılmalıdır”,- deyə o bildirib.