Modern.az

Parlamentdə komitə iclası - Sahil Babayev deputatların suallarını cavablandıracaq

Parlamentdə komitə iclası - Sahil Babayev deputatların suallarını cavablandıracaq

Parlament

27 Noyabr 2023, 16:00

Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. 

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə beş məsələ daxil edilib. 


İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də iştirak edir. 

 

1.     “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).

 

2.    “İşsizlikdən sığorta fondunun  2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

3.    “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

4.    “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

5.    “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi