Modern.az

Böyük tələfat verən xəstəliklər icbari sığortadan kənardadır - Komitə sədri

Böyük tələfat verən xəstəliklər icbari sığortadan kənardadır - Komitə sədri

Parlament

29 Noyabr 2023, 16:32

“İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari sığortadan kənardadır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

 

“Bu gün nə qədər analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir. Biz sakinlərə deyə bilmirik ki, sənin xəstəliyin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olunmayıb. Eyni zamanda onkoloji dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılır, amma daha sürətli edilməlidir”, - o qeyd edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI