Modern.az

Nikaha daxil olmaq istəyənlər narkomaniya testindən keçsin - TƏKLİF

Nikaha daxil olmaq istəyənlər narkomaniya testindən keçsin - TƏKLİF

Parlament

29 Noyabr 2023, 16:46

Milli Məclisdə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərində narkomaniya testindən keçilməsi təklif edilib. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

 

“Bu gün nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərində narkomaniya testindən keçilməsi vacibdir. Ona görə də bu, müəyyanə daxil edilməlidir. Narkomaniyaya ilə bağlı yoxlanılmalar gücləndirilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI