Modern.az

Milli Məclisdə təklif: “100 yaşlı adamlara xüsusi müavinət verilsin”

Milli Məclisdə təklif: “100 yaşlı adamlara xüsusi müavinət verilsin”

12 Sentyabr 2013, 15:52


“Azərbaycanda yaşı 100-dən yuxarı olan insanlarla bağlı qaldırdığım təkliflə bağlı təəssüf ki, heç bir addım atılmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova deyib. O, qeyd edib ki, qanunverici orqanın nümayəndəsi kimi səsləndirdiyi təkliflərin icra mexanizmləri səlahiyyətinə daxil deyil.

“Bu təklifi verdim, qəzetlərdə səsləndirdim. Təəssüflər olsun ki, bununla bağlı heç bir addım atılmayıb. Hər bir rayonda, regionda icra hakimiyyətləri əhali ilə indi pis işləmir, problemləri bilirlər. Məsələn, təmsil etdiyim Masallıda ahıl insanlara fərdi qaydada diqqət yetirilir. Deputat kimi ahıl insanları axtarıram, tapıram, vaxtaşırı onlara baş çəkirəm, onlara müvafiq köməklik edirəm. Hesab edirəm ki, başqa regionlarda da belədir. Amma dövlət səviyyəsində, əlbəttə dönüş olmalıdır. Bir daha təklifimi təkrarlayıram: dövlət səviyyəsində bu insanların reyestri aparılmalıdır, siyahı olmalıdır. Lerik rayonunda, eləcə də digər dağ rayonlarında uzun ömürlülər çoxdur. Onların da başqa problemləri var, əlbəttə ki bu problemlərlə maraqlanmaq lazımdır. Fikrimcə, onlara fərdi qaydada müavinət verilə bilər”.

  Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...